Breaking News >> Newspaper >> YeniÇağ


“Ulu Öndərin 2003-cü ildə xalqımıza verdiyi qələbə formulu artıq gerçəyə çevrilib” – Ülvi Quliyev


Link [2022-04-09 15:12:05]



İyirmi doqquz il əvvəlki Azərbaycanı yada salarkən həmin dövrün acılarını yenidən yaşamalı olursan: məyusluq, bədbinlik, sarsılmış milli qürur hissi və nicat axtarışı. Torpağı, dədə-baba yurdu işğal olunan, qəbirləri düşmən tapdağı altında qalan, dövlət müstəqilliyini itirmək və qardaş qırğınına sürüklənmək üzrə olan xalqımız bu ağrıları yaşamağa məhkum edilmişdi. Bir illik AXC-Müsavat iqtidarının qoyub getdiyi miras bunlardan ibarət oldu. O zaman hakimiyyət böhranı elə həddə çatmışdı ki, insanlarımız nəinki iqtidara, öz sabahına belə inamını itirmişdi. Xalqımız tarixinin ən ağır dönəmlərindən birini yaşamasına baxmayaraq, toparlana bildi, düşdüyü ağır durumdan yeganə çıxış yolunu, gələcəyinin və dövlət müstəqilliyinin xilasını Heydər Əliyev fenomenini yenidən hakimiyyətə gətirməkdə gördü. Ulu Öndərin 1993-cü il Prezident seçkilərindən sonra andiçmə mərasimində söylədiyi bu fikirlər o dövrdə yaşanan ictimai-siyasi vəziyyətin ağırlığından kifayət qədər xəbər verir: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır… Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.



Most Read

2024-09-19 03:21:15