Breaking News >> Newspaper >> YeniÇağ


“Təbii müttəfiqlərimizlə ortaq hədəflərimizə doğru qətiyyətlə irəliləyəcəyik” – Ülvi Quliyev


Link [2022-08-25 15:30:47]



“Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında imzalanmış 20-dən çox memorandum və sazişin tarixi əhəmiyyəti danılmazdır. Bu sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram"ı və "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi yer tutur. İki dost və qardaş ölkə arasındakı dövlətlərarası münasibətlərin hazırkı yüksək səviyyəsindən və gələcək perspektivindən xəbər verən bu sənədlər həm də onun göstəricisidir ki, türk dünyası ilə bağlı olan reallıq qlobal siyasi-iqtisadi faktora çevrilməkdədir. Elə bu səbəbdən, Prezident İlham Əliyev mətbuata açıqlamasında Bəyannamənin əhəmiyyətini xüsusi qeyd edərək dedi: “Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq”.



Most Read

2024-09-19 04:22:31