Breaking News >> Newspaper >> YeniÇağ


“Müstəqillik günü” ilə bağlı acınacaqlı xatirə


Link [2022-10-18 14:04:39]



Bu ilin avqust ayında Türkiyənin Bursa şəhərində “Türk Dünyası Ədəbiyyat (roman) Ödülləri” tədbirində mən də romanı mükafat alanların sırasında idim. Mükafatlandırma mərasimindən bir gün əvvəl səhər yeməyi vaxtı Azərbaycanın görkəmli siyasi xadimi, alim, müstəqil dövlətimizin Baş naziri və Xarici İşlər naziri işləmiş Həsən Həsənovla qarşılaşdıq. Səhər yeməyini bir masada yeyəsi olduq. Söhbət zamanı Həsən müəllim dedi ki, mükafatları hər ölkənin öz rəsmi nümayəndəsi təqdim edəcək, sənin mükafatını təqdim etmək də məndən xahiş olunub. Sevindim. Soruşdu ki, romanın mövzusu nədir? Romanın sovet müstəmləkəçiliyi dövründən müstəqillik dövrünə keçiddə ilişib qalan, köhnədən qopa, yenidən yapışa bilməyən Azərbaycan insanının iki dəyərlər sistemi arasında üzləşdiyi psixoloji hətərən-pətərənlikdən bəhs etdiyini söyləyəndə Həsən müəllim sözümü kəsdi: - Sən sovet dövrünü müstəmləkəçilik dövrü hesab edirsən? Sovet dövründə bizim müstəqil dövlətə aid bütün inzibati strukturumuz vardı; polisimiz, parlamentimiz və s. Amma nədənsə “səfirimiz, ordumuz vardı” deyə bilmədi. Mübahisədən etika namimə yayındım, çünki verəcəyim “əgər sovet dövründə müstəqil dövlət idiksə, onda imzaladığımız “Müstəqillik aktı”nın hansı məntiqi və hüququ əsası var? Sovet dövründə də müstəqil idiksə, biz niyə bir də boş-boşuna müstəqil olduq və hər il “Müstəqillik günü”nü rəsmi olaraq bayram edirik” kimi suallarla görkəmli və yaşlı dövlət xadimini yormaq, çətinə salmaq istəmədim. Bu kiçik mübahisənin nəticəsi səhəri gün mükafatlandırma mərasimində bəlli oldu.



Most Read

2024-09-19 04:00:58