Magazine >> Armed Forces >> Poliqon


“Ulaq” insansız katerinin yeni konfiqurasiyası təqdim olunub


Link [2022-12-12 15:10:40]



Türkiyənin “ARES Tersanesi” və “Meteksan Savunma” şirkətləri tərəfindən birlikdə hazırlanan “Ulaq” insansız silahlı katerinin yeni konfiqurasiya edilmiş versiyası təqdim olunub.

“Poliqon” xəbər verir ki, bununla bağlı Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında paylaşım edib.

İsmail Dəmir bildirib ki, yeni qabiliyyətlər sayəsində “Ulaq” insansız kateri tam avtonom şəkildə fəaliyyət göstərə biləcək.

Həmçinin insansız kater yeni silah sistemləri ilə təchiz olunacaq ki, bu da ona suyun altındakı təhdidlərlə də mübarizə aparmağa imkan verəcək.

SSB başqanı vurğulayıb ki, bu çərçivdə “Ulaq” yerli mühərrik, komanda idarəetmə proqram təminatı, torpedo, L-UMTAS, 12.7 mm-lik UKSS silah, kamera, rabitə və SONAR sistemləri ilə təchiz ediləcək. Beləliklə də insansız kater 90% yerlilik nisbətinə sahib olacaq.

Poliqon.az

The post “Ulaq” insansız katerinin yeni konfiqurasiyası təqdim olunub appeared first on Poliqon.az.



Most Read

2024-02-27 14:17:14