Magazine >> Armed Forces >> Poliqon


Türk Ordusunun minaatanları ASELSAN tərəfindən təkmilləşdirilir


Link [2022-12-09 12:07:33]



Türkiyə Silahlı Qüvvələrinin inventarında yer alan müxtəlif çaplı minaatanlar ASELSAN şirkəti tərəfindən təkmilləşdirilir.

“Poliqon” xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərliyi altında modernləşdirilən minaatanların ilk partiyasını Silahlı Qüvvələrə təhvil verib.

SSB başqanı İsmail Dəmir özünün “Twitter” hesabında bildirib ki, təkmilləşdirilən 60, 81 və 120 mm-lik minaatanlar yeni yönləndirmə, ağıllı atış idarəetmə sistemləri və lazer məsafəölçən cihazlarla təchiz olunub.

Qeyd edilib ki, təkmilləşdirilən həm 60 mm-lik minaatanların ağıllı atış idarəetmə sistemləri ilə ALRF-S50 lazer məsafəölçən cihazlarının, həm də 81 və 120 mm-lik minaatanların yönləndirmə sistemləri ilə ALRF -L100 lazer məsafəölçən cihazlarının kalifikasiya və qəbul sınaqları uğurla tamamlanıb.

Poliqon.az

The post Türk Ordusunun minaatanları ASELSAN tərəfindən təkmilləşdirilir appeared first on Poliqon.az.



Most Read

2024-09-19 19:07:44