Magazine >> Armed Forces >> Poliqon


Silahla davranış qaydalarını pozan DSX-nin hərbi qulluqçusu vəfat edib


Link [2022-12-10 20:42:49]



Dekabr ayının 10-da saat 16:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub.

Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Poliqon.az

The post Silahla davranış qaydalarını pozan DSX-nin hərbi qulluqçusu vəfat edib appeared first on Poliqon.az.



Most Read

2024-10-31 00:44:34