Magazine >> Armed Forces >> Poliqon


“Qardaş yumruğu” təlimində gecə vaxtı tapşırıqlar icra edilib


Link [2022-12-06 08:58:40]



Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimində gecə və məhdudgörmə şəraitində müxtəlif tapşırıqlar icra edilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin bu mərhələsində şərti düşmənlə bilavasitə təmas vəziyyətində onun texnikasının və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.

Poliqon.az

The post “Qardaş yumruğu” təlimində gecə vaxtı tapşırıqlar icra edilib appeared first on Poliqon.az.



Most Read

2024-09-19 19:39:18