Magazine >> Armed Forces >> Poliqon


Prezident İlham Əliyev müddətli hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb


Link [2022-11-26 18:23:02]



Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

“Poliqon” xəbər verir ki, Sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq.

Həmçinin, xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaq.

Poliqon.az

The post Prezident İlham Əliyev müddətli hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb appeared first on Poliqon.az.



Most Read

2024-09-19 18:43:31