Magazine >> Armed Forces >> Poliqon


“Otokar” “İlin Müdafiə Sənayesi Şirkəti” mükafatına layiq görülüb


Link [2022-12-15 13:51:03]



Türkiyənin “Otokar” şirkəti Boğaziçi Universiteti Mühəndislik Klubu tərəfindən “İlin Müdafiə Sənayesi Şirkəti” mükafatına layiq görülüb.

“Poliqon” “C4defence”ə istinadən xəbər verir ki, öz sahəsində ən yaxşı şirkətlərin mükafatlandırıldığı “Boğaziçi İş Dünyası Mükafatları” mərasimində müdafiə sənayesində mühüm nailiyyətlər əldə edən “Otokar” “İlin Müdafiə Sənayesi Şirkəti” seçilib.

Türkiyənin qabaqcıl şirkət nümayəndələri, alimlər və tələbələri bir araya gətirən mərasimdə mükafatlar müxtəlif nominasiyalar üzrə ümumxalq səsverməsi ilə müəyyən edilib.

Qeyd edək ki, məhsul və sistemləri dünyada olduğu kimi Türkiyədə də geniş istifadə olunan “Otokar” adından mükafatı şirkətin hərbi maşınlar sistem mühəndisliyi direktoru Zafer Uysal alıb.

Poliqon.az

The post “Otokar” “İlin Müdafiə Sənayesi Şirkəti” mükafatına layiq görülüb appeared first on Poliqon.az.



Most Read

2024-07-27 17:00:03