Magazine >> Armed Forces >> Poliqon


Latviya İsveçdən RBS 70 NG kompleksləri alır


Link [2022-12-14 20:40:50]



Latviya Müdafiə Nazirliyi İsveçin “Saab” şirkətindən RBS 70 NG qısa mənzilli daşınan zenit raket kompleksləri (DZRK) və “Giraffe 1X” radarları alır.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında müqavilə imzalanıb.

Şirkət müqavilənin dəyəri və satınalınan sistemlərin miqdarını açıqlamasa da, onların cari ilin sonundan etibarən Latviya Silahlı Qüvvələrinə təhvil veriləcəyini bildirib.

Hazırda İsveç, Çexiya, Braziliya və bir çox dövlətin Silahlı Qüvvələri tərəfindən istifadə olunan RBS 70 NG DZRK-ni tədarük etməklə Latviya Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə gücünü artırmağı hədəfləyir.

Qeyd edək ki, dizaynına görə həm quru, həm də dəniz platformalarına asanlıqla quraşdırıla bilən “Giraffe 1X” 3D radarı əsasən qısa məznilli hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi istifadə olunur. Həmçinin bu radar antidron (C-UAS) vasitələri ilə də birgə tətbiq edilə bilər.

Poliqon.az

 

The post Latviya İsveçdən RBS 70 NG kompleksləri alır appeared first on Poliqon.az.



Most Read

2024-07-27 03:16:53