Magazine >> Armed Forces >> Poliqon


Kəlbəcərdə 8 nəfər minaya düşüb


Link [2022-12-14 20:40:50]



Baş Prokurorluq, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi Kəlbəcərdə baş verən mina partlayışı ilə bağlı məlumat yayıb.

“Poliqon” xəbər verir ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

Poliqon.az

The post Kəlbəcərdə 8 nəfər minaya düşüb appeared first on Poliqon.az.



Most Read

2024-07-27 04:00:15