Magazine >> Armed Forces >> Poliqon


General Nizam Osmanov: Silah və hərbi texnika daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılır


Link [2022-12-10 13:34:41]



Azərbaycan Ordusunun yüksək dağlıq ərazilərdə yerləşən döyüş mövqelərində ərzaq, əşya, yanacaq, odun ehtiyatı normalara uyğun olaraq yaradılıb, şəxsi heyət isti geyimlə təmin edilib və ümumilikdə maddi-texniki təminat üzrə cari il ərzində qarşıya qoyulan məqsədlərə nail olunub.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında bildirib.

Azərbaycan Ordusunda cari il ərzində qoşunların təminat və təchizatı sahəsində görülən işlər barədə məruzə edən general-leytenant N.Osmanov azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə aparılan quruculuq işləri, yeni istifadəyə verilən hərbi infrastruktur obyektləri, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb.

Qoşunların təyin olunmuş normalara uyğun vaxtında bütün növ maddi-texniki vəsaitlərlə təmin olunması, silah və hərbi texnikanın daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması, şəxsi heyətin həyat və sağlamlığının qorunması, keyfiyyətli qidalanmasının təşkili ilə bağlı ətraflı məlumat verilib.

General-leytenant N.Osmanov zirehli və avtomobil texnikasının döyüşə hazır vəziyyətdə saxlanılması istiqamətində müvafiq işlərin həyata keçirildiyini, birləşmə, hərbi hissələrin raket və döyüş sursatları ilə normalara əsasən tam təmin olunduğunu bildirib.

Poliqon.az

The post General Nizam Osmanov: Silah və hərbi texnika daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılır appeared first on Poliqon.az.



Most Read

2024-07-27 11:05:44