Magazine >> Armed Forces >> Poliqon


Füzulidə hərbi jurnalist Rəşad Süleymanovun xatirəsi anılıb


Link [2022-12-15 21:54:53]



POLİQON (Azeri Defence) jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanovun vəfatından iki il ötür.

“Poliqon” xəbər verir ki, bu münasibətlə Rəşad Süleymanovun doğulduğu Füzuli rayonunda anım mərasimi keçirilib, xatirəsi anılıb.

Ailəsi, yaxınları və dostları tərəfindən Rəşad Süleymanovun məzarı ziyarət edilib, ruhuna fatihə oxunub və keçdiyi şərəfli həyat yolundan bəhs olunub.

Qeyd edək ki, Rəşad Süleymanov 1982-ci ildə Füzuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1999-2003-cü illərdə müxtəlif mətbuat orqanları ilə əməkdaşlıq edib, ilk dəfə daimi işə “Həftə içi” qəzetində başlayıb.

“525-ci qəzet”, APA İnformasiya Agentliyi və digər mətbuat orqanlarında çalışan jurnalist ömrünün son illərində təsisçisi olduğu POLİQON (AzəriDefence) jurnalının baş redaktoru kimi fəaliyyət göstərib.

38 yaşında koronavirusa yoluxan hərbi jurnalist Rəşad Süleymanov 2020-ci ilin dekabrın 15-də bu xəstəlikdən vəfat etdi.

Qeyd edək ki, Rəşad Süleymanov (ölümündən sonra) 2020-ci ildə Vətən müharibəsi zamanı arxa cəbhədəki fəal iştirakına görə “Xarıbülbül” mükafatı və 2021-ci ildə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı ilə təltif olunub.

Ötən ilin aprelində Rəşad Süleymanovun xatirəsinə hərbi jurnalist Anar Şuşalı tərəfindən “Rəşad xatirələrdə” sənədli filmi hazırlanıb və TV vasitəsi ilə geniş ictimaiyyət arasında yayımlanıb.

Bu ilin iyunun 24-də Azərbaycan Mətbuat Şurasında POLİQON jurnalının yaranmasının 10 illik yubleyi ilə bağlı keçirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Rəşad Süleymanovun adının əbədiləşdirilməsi üçün gələn il Mətbuat Gününə qədər media mükafatının təsis edilməsinin qərara alındığını elan edib.

Poliqon.az

The post Füzulidə hərbi jurnalist Rəşad Süleymanovun xatirəsi anılıb appeared first on Poliqon.az.



Most Read

2024-10-08 06:28:52