Magazine >> Armed Forces >> Poliqon


Finlandiya İsraildən qısa və uzun mənzilli “Spike” TƏİR kompleksləri alır


Link [2022-12-12 15:10:40]



Finlandiya Müdafiə Nazirliyinin rəhbərliyi İsraildən qısa və uzun mənzilli raket sistemlərinin alınması ilə bağlı göstəriş verib.

“Poliqon” xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, göstərişə əsasən Finlandiyanın Müdafiə Qüvvələri İsarilin “Rafael Advanced Defence Systems” (“Rafael”) şirkətindən 223.6 milyon avro dəyərində “Spike SR”, “Spike LR2” və “Spike ER2” tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksləri alacaq. Bununla bağlı işlər NATO Dəstək və Satınalma Agentliyi (NSPA) tərəfindən “Land Combat Missiles” (“Quru Döyüş Raketləri”) tərəfdaşlıq proqramı əsasında həyata keçiriləcək.

Həmçinin satınalmaya döyüş sursatlarının, ehtiyat hissələrinin, təlim və texniki xidmət avadanlığının tədarük olunması, eləcə də bu sistemdən istifadə edəcək şəxsi heyətə təlimlərin keçirilməsi daxildir.

Qeyd edək ki, Finladiya Müdafiə Nazirliyi “Spike SR” və “Spike LR2” TƏİR komplekslərinin alınmasıyla Ordunun tank əleyhinə imkanlarını, “Spike ER2” kompleksi ilə Hərbi Dəniz Qüvvələrinin sahil mühafizəsi bacarıqlarını artırmağı hədəfləyir.

Poliqon.az

The post Finlandiya İsraildən qısa və uzun mənzilli “Spike” TƏİR kompleksləri alır appeared first on Poliqon.az.



Most Read

2024-02-27 04:58:35