Magazine >> Armed Forces >> Poliqon


DSX-nin Sərhəd Qoşunları tərəfindən düşmənin atəş nöqtələri susdurulub


Link [2022-12-09 12:07:33]



Dekabr ayının 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində, Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub.

Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Görülmüş cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulub. Əməliyyat şəraiti DSX bölmələrinin tam nəzarətindədir.

Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir.

Poliqon.az

The post DSX-nin Sərhəd Qoşunları tərəfindən düşmənin atəş nöqtələri susdurulub appeared first on Poliqon.az.



Most Read

2024-09-19 19:45:17