Magazine >> Armed Forces >> Poliqon


DSX-nin Akademiyasında ZƏFƏR DASTANI kitabının təqdimat mərasimi keçirilib


Link [2022-12-14 20:40:50]



Dekabr ayının 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Vətən Müharibəsinə həsr olunmuş ZƏFƏR DASTANI kitabının təqdimat mərasimi keçirilib.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumat görə, Azərbaycan dövlət himninin səsləndirilməsi və torpaqların işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan tədbirdə Milli Məclisin deputatları, tarix elmlər dokturu professor Musa Qasımlı, filologiya elmləri doktoru professor Nizami Cəfərov və ZƏFƏR DASTANI kitabının müəllifi, professor filologiya üzrə fəlsəfə doktoru Rəhilə Soltanqızı iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsi zamanı əldə edilən qələbədə sərhədçilərin şücaətindən danışıb, Azərbaycanın milli və sərhəd təhlükəsizliyi üçün 30 ilə yaxın müddətdə əsas təhdid olmuş Ermənistan işğalına son qoyulmasını böyük qürur hissi ilə bir daha qeyd ediblər.

Sonda tədbir iştirakçılarına Şuşa şəhərində keçirilmiş “Xarı Bülbül Festivalı”ndan videoçarx nümayiş etdirilib.

Poliqon.az

The post DSX-nin Akademiyasında ZƏFƏR DASTANI kitabının təqdimat mərasimi keçirilib appeared first on Poliqon.az.



Most Read

2024-07-27 03:24:42