Magazine >> Armed Forces >> Poliqon


DSX-nin Akademiyasında yanğın hadisəsi baş verib


Link [2022-12-06 15:02:45]



Dekabr ayının 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda yanğın hadisəsi baş verib.

Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Akademiyanın şəxsi heyəti tərəfindən yanğının söndürülməsi üzrə ilkin tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.

Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülərək yanğın qısa zamanda lokallaşdırılıb. Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmayıb.

Aidiyyətı qurumlar tərəfindən hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Poliqon.az

The post DSX-nin Akademiyasında yanğın hadisəsi baş verib appeared first on Poliqon.az.



Most Read

2024-09-19 19:26:26