Dekabrın 16-da Azərbayacan dilinin qloballaşdırma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 09.04.2013-cü il tarixli sərəncamının icrası ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Prezidenti İlham Əliyev və Dövlətin dil siyasəti” və “Azərbaycan dili milli varlığımız, mənəvi sərvətimizdir” mövzularında tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Azərbaycanın dövlət himninin səsləndirilməsi və torpaqların işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan tədbirdə filologiya üzrə elmlər doktoru, professor, Dövlət Dili Komissiya Fondunun Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, professor, AMEA-nın dilçilik inistutunun aparıcı elmi işçisi Aynur Paşayeva iştirak ediblər.
Tədbirdə çıxış edənlər bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus doğma dilinin olmasını, bir toplumun xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut etdiyini bildirib və bunun Dövlət müstəqilliyin başlıca rəmzlərindən olan Azərbaycan dilinə ehtiramın göstəricisi olaraq Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda da öz ifadəsini tapdığını xüsusi vurğulayıblar.
Sonda tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan dili haqqında çıxışları barədə hazırlanmış video çarx təqdim olunub.
Poliqon.az
The post DSX-nin Akademiyasında Azərbayacan dilinin inkişafına dair tədbir baş tutub appeared first on Poliqon.az.
2024-11-09 01:26:05