Magazine >> Armed Forces >> Poliqon


Dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşı saxlanılıb


Link [2022-12-09 17:12:53]



Dekabr ayının 09-da saat 01:45-də Dövlət Miqrasiya Xidməti ilə birgə həyata keçirilmiş tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstan istiqamətində keçməyə cəhd edən Hindistan vətəndaşı 1998-ci il təvəllüdlü Ponnaganti Ayyappa Reddy oğlu saxlanılıb.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin rəsmi qaydada ölkə ərazisinə gəlməsi, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.az

The post Dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşı saxlanılıb appeared first on Poliqon.az.



Most Read

2024-09-19 19:34:21