Magazine >> Armed Forces >> Poliqon


Azərbaycan və Cənubi Koreya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib


Link [2022-12-15 13:51:03]



Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Cənubi Koreya Milli Assambleyasının üzvü Lii Hunseunqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, nazir Koreya ilə hərbi əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd edib.

General-polkovnik Z.Həsənov erməni hərbi birləşmələri tərəfindən hər hansı hərbi zərurətin olmadığı halda insan tələfatı məqsədilə Kəlbəcər rayonunun Çıraq kəndində basdırdığı mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir hərbi qulluqçusunun şəhid olması və 4-ü mülki vətəndaş olmaqla 7 nəfərin xəsarət alması ilə bağlı koreyalı nümayəndə heyətini məlumatlandırıb.

Görüşdə həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Poliqon.az

The post Azərbaycan və Cənubi Koreya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib appeared first on Poliqon.az.



Most Read

2024-07-27 06:27:39