Magazine >> Armed Forces >> Poliqon


Azərbaycan Prezidenti: “Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər ki, bizi heç kim qorxuda bilməz”


Link [2022-11-08 18:32:39]



Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz.

“Poliqon” xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdəki çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir: “Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək”.

“Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər”, – deyə Azərbaycan dövlətinin başçısı qeyd edib.

Poliqon.az

The post Azərbaycan Prezidenti: “Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər ki, bizi heç kim qorxuda bilməz” appeared first on Poliqon.az.



Most Read

2024-09-19 18:43:14