Magazine >> Armed Forces >> Poliqon


ASELSAN-ın “Albatros-S” insansız kater sürüsü sisteminin yeni sınaq görüntüləri yayımlanıb – VİDEO


Link [2022-12-14 03:28:51]



Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan “Albatros-S” insansız kater sürüsü sisteminin yeni sınaq görüntüləri yayımlanıb.

“Poliqon” xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında paylaşım edib.

İsmail Dəmir tərəfindən paylaşılan videogörüntüdə 8 ədəd “Albatros-S” insansız katerinin sürü halında əməliyyat ssenarisini icra etməsi əks olunur.

Həm tam və yarı avtonom şəkildə fəaliyyət göstərə, həm də uzaqdan idarəedilə bilən bu vasitələr dənizdəki hədəfi aşkarlayır, müəyyənləşdirir, izləyir və kilidlənərək fərqli manevrlər ilə ona yaxınlaşır. Buradakı əsas prinsip katerlərin bir-biri ilə məlumat mübadiləsi apararaq bütün əməliyyatı sürü halında və koordinasiyalı şəkildə icra edə bilməsidir.

“Albatros-S” axtarış-xilasetmə, geniş ərazinin yoxlanması, müşayiət, insan mövcudluğunun təhlükəli olduğu əməliyyatların yerinə yetirilməsi üçün hazırlanıb.

Eni 2 metr, uzunluğu isə 7.2 m olan “Albatros-S” insansız katerinin ağırlığı 1955 kq və faydalı yük daşımaq bacarığı 250 kiloqramdır. Kater “sterndrive” tipli daxili dizel mühərriki ilə təchiz edilib ki, bu da ona 10 saat ərzində fəaliyyat göstərmək imkanı verir.

Qeyd edək ki, “Albatros-S”in suüstü hədəf platforması kimi istifadə olunan “Albatros-T” və “Albatros-K” adlı variantları da mövcuddur.

Poliqon.az

The post ASELSAN-ın “Albatros-S” insansız kater sürüsü sisteminin yeni sınaq görüntüləri yayımlanıb – VİDEO appeared first on Poliqon.az.



Most Read

2024-02-26 20:42:04