Magazine >> Armed Forces >> Poliqon


Ali Baş Komandan Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətini yüksək qiymətləndirib


Link [2022-12-10 13:34:41]



Silahlı Qüvvələrin Ali Baş Komandanı Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətini, eləcə də 2022-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq keçirilən əks-hücum əməliyyatlarını yüksək qiymətləndirib.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib.

Ali Baş Komandan tərəfindən 2023-cü il üzrə Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdıran general-polkovnik Z.Həsənov şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin intensivliyinin artırılmasının əhəmiyyətini vurğulayıb.

Poliqon.az

The post Ali Baş Komandan Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətini yüksək qiymətləndirib appeared first on Poliqon.az.



Most Read

2024-07-27 03:28:51