Magazine >> Armed Forces >> Poliqon


ABŞ Ukraynaya 275 milyon dollarlıq əlavə hərbi yardım paketi ayırıb


Link [2022-12-12 15:10:40]



ABŞ Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə yeni hərbi yardım paketi ayırıb.

“Poliqon” Pentaqonun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni hərbi yardım paketinin dəyəri 275 milyon ABŞ dolları təşkil edir.

Pentaqondan bildirilib ki, Rusiyanın 24 fevral 2022-ci il tarixli işğalının başlanğıcından inidyə kimi ABŞ tərəfindən Ukraynaya 19.3 milyard dollardan çox hərbi yardım ayırılıb. Ümumilikdə isə 2014-cü ildən indiyə qədər ABŞ Ukrayna Silahlı Qüvvələrinə 22.1 milyard dollar dəyərində hərbi yardım göstərib.

Yeni hərbi yardım paketinə aşağıdakılar daxildir:

HIMARS (High Mobility Artillery Rocket Systems) yaylım atəşli reaktiv sistem (YARS) üçün əlavə sursat; 80 min ədəd 155 mm-lik artilleriya mərmisi; Antidron (C-UAS) sistemləri; Yüksək hərəkət qabiliyyətinə malik olan HMMWVs (High Mobility Multipurpose Wheeled Vehicles) təcili yarıdm maşınları və tibbi avadanlıqlar; Təxminən 150 ədəd generator; Sahə avadanlıqları; Hava hücumundan müdafiə sistemi.

Poliqon.az

The post ABŞ Ukraynaya 275 milyon dollarlıq əlavə hərbi yardım paketi ayırıb appeared first on Poliqon.az.



Most Read

2024-07-27 02:45:55