Video >> Trend >> Hal hazırda populyardır Azərbaycan


Bir Dilim YEMİŞ Görün Nələrə Səbəb Olur...


Link [2022-08-16 14:44:48]

#BirBax #Qovun #Yemiş "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz: (+994) 55-554-58-83 Bu gün yemişin faydalarından və zərərlərindən danışacağıq. Həmçinin, ev şəraitində yemişdən hazırlaya biləcəyiniz təbii reseptləri də sizinlə bölüşəcəyik. Diqqətiniz bizdə olsun. Videomuz başlayır. Dəyərli izləyicilər... Yemiş, yaxud digər adıyla desək qovunun faydaları haqqındakı yazılı mənbələrin tarixi çox qədimdir. Qovunun tərkibində orqanizmə faydalı olan elementlər var. B qrupu, A, C vitamini, natrium, kalium, maqnezium və bir çox mikroelementlərlə zəngindir. Qovun anemiyanın profilaktikasında da istifadə olunur. Natrium və kalium isə ürəyin işinin yaxşılaşmasına xidmət edir. Mütəxəssislər ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin, eyni zamanda, ürək çatışmazlığı olan insanların qida rasionuna qovun əlavə etməyini tövsiyə edir. Maqnezium sayəsində qovun sinir sisteminin də “dəstəkçisi” sayılır. Maqnezim çatışmazlığı yuxu rejiminin pozulmasına, narahatlığa və gərginliyə səbəb olur. Düzdür, yemiş “C vitamini ilə zəngin qidalar” siyahısının başında deyil. Amma tərkibindəki C vitamini ilə immuniteti möhkəmləndirmək qabiliyyətinə malik olduğu danılmazdır. Yemiş mədə-bağırsağın işini də sürətləndirir. Meyvənin tərkibindəki A vitamini və beta-karoten dırnaqların və saçların möhkəmlənməsinə zəmanət verir. Həmçinin, görmə qabiliyyətini yaxşılaşdırır. Yemişdə qadın orqanizmi üçün lazım olan fol turşusu da var. Dölün normal şəkildə böyüməsi üçün hamilə qadınların rasionuna yemiş daxil etməsi həkimlərin tez-tez təkrarladığı məsləhətlərdəndir. Ümumiyyətlə, fol turşusu qadın orqanizmində hormon balansını qoruyur, klimaksın simptomlarını xəfiflədir. Yemiş kişilər üçün də faydalıdır; tərkibində sink var. Sinkin spermatazoidləri aktivləşdirdiyini, sonsuzluğu aradan qaldırmağa kömək etdiyini hamı bilir. Bayaq qeyd etdim ki, yemişin tərkibində dəmir var. Müasir dövrdə daim gərginlikdə yaşayan kişilərin ürək-damar sisteminin möhkəmlənməsi, qan dövranının yaxşılaşması üçün yemiş yemələri məhz buna görə tövsiyə edilir. Bu “bal ətirli, bal dadlı” meyvə trombozların əmələ gəlməsinin qarşısını almaqda da mahirdir. Bircə şərtlə: mərhələli şəkildə yeyin və orqanizmin reaksiyasını müşahidə edin. Uşaqlara həmişə təzə və təbii qovun yedirin. Bir də, nəzərə alın ki, qovun kəsilən kimi yeyilməlidir. Açıqda çox qalanda bakteriyalar ona hücum edir; beləcə, rəngi və dadı dəyişir. Uşaqların böyüməsinə və inkişafına faydalı olan qovun, eyni zamanda, balacaların immunitetini möhkəmlədir, görmə qabiliyyətini yaxşılaşdırır, enerji verir. Tibbdə qovunun istifadəsi. Qovunun təkcə ləti deyil, tumları da tibbi məqsədlə istifadə edilir. Qovun tumları kişilərin seksual ehtirası və cinsi aktivliyini yüksəldir. Qovun böyrəklərin sağlamlığını da dəstəkləyir. qanda qlükozanın səviyyəsini tənzimləyir,bağırsaqlardakı toksinlərin və qazların xaric edilməsinə kömək edir. Qadınlarda aybaşı ağrılarını azaldır. Şəkərli diabetdən əziyyət çəkənlər qovunu nizamlı və müəyyən ölçüdə yeməlidirlər. Çünki onun tərkibində yüksək miqdarda fruktoza var. Nizamlı və mərhələli şəkildə yeyilən qovun qanda qlükozanın səviyyəsini tənzimləyir, pis xolesterolu azaldır, damar divarlarında və ya toxumaların ətrafında yığıntılar əmələ gəlməyə qoymur. Müalicəvi resepti hazırlamaq üçün qovun tumunu üyüdüb toz halına salın, 1 xörək qaşığı götürün, 1 stəkan qaynar suya qatın. Ev temperaturunda soyumasını gözləyin. Səhər və axşam için. Böyrəkdə və sidik kisəsində daş olan zaman da qovun tumu işə yarayır. 5 l soyuq su götürün, 1 kq qovun tumu əlavə edin. Məhlul halına düşənədək vam odda qaynadın. Məhlul, təxminən, 3 l olacaq. Sonra qalıntının dibə çökməyini və məhlulun soyumasını gözləyin. Gün ərzində 3 dəfə, hər dəfə 1 stəkan olmaqla bu qarışımdan için. Qaz və şişkinlik zamanı qovun effektiv təsir göstərir. Bağırsağın mütəmadi olaraq təmizlənməsi və toksinlərin, qazların xaric edilməsi də qovunun öhdəsinə götürdüyü vəzifələrdəndir. Mövsümündə gün ərzində 500 qr təzə qovun yemək bağırsaqların işini normallaşdırır. Qaraciyər də qovunu özünə “dost” bilən orqanlardandır. Bu meyvə qaraciyərin yükünü azaldır. Çünki orqanizmin zərərli maddələrdən təmizlənməsini təmin edir. Gün ərzində qovunu ya lət, ya da şirə şəklində qəbul edə bilərsiniz. Şirəçəkən maşınınız və blenderiniz yoxdursa, qovunu çəngəllə əzib yemək mümkündür. Qaraciyərə dəstək olmaq üçün gün ərzində ya 1 stəkan qovun şirəsi, ya 500 qr təzə lət, ya da 300 qr püre halında qəbul edin. Quru və uzunmüddətli öskürək zamanı bəlğəmi çıxarmaq üçün “qovun südü”ndən istifadə edə bilərsiniz. Tumları üyüdüb toz halına salın. Suya 1:8 nisbətində qatın. 50 ml qarışımı birdəfəyə qəbul edin. C vitamini ilə zəngin bu qarışım nahiyədə immunitetin möhkəmlənməsini təmin edir və zərərli mikrobakteriyalardan qoruyur.



Most Read

2024-11-05 09:43:11